Astroloji proqnozlara görə, qarşıdakı 5 ay bəzi bürclər üçün həyatın müxtəlif sahələrində mühüm dəyişikliklərlə yadda qalacaq. Xüsusilə sevgi, karyera, maddi vəziyyət və münasibətlərdə yeni imkanların ortaya çıxacağı bildirilir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, astroloqlar 26 sentyabrda baş verən Qoç dolunayından sonra 4 bürcün həyatında ciddi dəyişikliklərin yaşana biləcəyini açıqlayıb.
Qoç
Qoçlar üçün yeni mərhələ başlayır. Uzun müddətdir qarşılarında duran maneələrin aradan qalxması və onları eyni vəziyyətdə saxlayan dövrlərin sona çatması mümkündür.
Xüsusilə sevgi, uğur, pul və sosial münasibətlər sahəsində diqqətçəkən inkişaflar yaşanacaq. Qoçlar özlərini daha güclü və özünəinamlı hiss etməyə başlayacaqlar.
Astroloqların fikrincə, bu dövrdə Qoçlar əvvəllər razılaşdıqları məsələləri yenidən nəzərdən keçirəcək və əslində nə istədiklərini daha aydın anlayacaqlar.
Oğlaq
Oğlaqlar üçün dəyişikliklər əsasən karyera və maddi məsələlərlə bağlı olacaq.
Uzun müddətdir əməyinin qarşılığını ala bilmədiyini və layiq olduğu dəyəri görmədiyini düşünən Oğlaqlar üçün yeni imkanlar yarana bilər. İş həyatında bəzi maneələrin aradan qalxması və daha güclü mövqeyə yüksəlmək ehtimalı var.
Qarşıdakı həftələrdə yeni iş təklifləri, vəzifə yüksəlişi və maddi baxımdan rahatlıq gətirəcək inkişaflar gündəmə gələcək.
Tərəzi
Tərəzilər üçün dəyişikliklərin əsas ünvanı sevgi həyatı olacaq.
2026-cı ilin əvvəlindən etibarən münasibətlərdə məyusluq və qeyri-müəyyənlik yaşayan Tərəzilər üçün yeni mərhələ başlayacaq.
Astroloqların sözlərinə görə, Tərəzilər köhnə münasibət dövrlərini geridə qoymağa hazırlaşırlar. Qarşıdakı aylarda yeni əlaqələrin başlaması və ya mövcud münasibətdə ciddi addım atılması mümkündür.
Subay Tərəzilər üçün isə güclü emosional bağ yarada biləcəkləri yeni tanışlıq gündəmə gələcək.
Xərçəng
Xərçənglər üçün əvvəlcə keçmişlə üzləşmək, daha sonra isə yeni səhifə açmaq dövrü başlayır.
Xüsusilə sevgi həyatında yaşanan incikliklər, etimad problemləri və keçmiş münasibətlərdən qalan duyğular yenidən gündəmə gələ bilər. Lakin bu dəfə məqsəd keçmişdə ilişib qalmaq deyil, onun yaratdığı yükdən qurtulmaq olacaq.
Astroloqların fikrincə, Xərçənglər onları üzən və məyus edən adamlardan uzaqlaşaraq özlərini daha rahat və xoşbəxt hiss etdirən insanlara yönələcəklər./metbuat



.jpg)
