Dünya · Sfera.az

"Putin Mayamidə G20 sammitində iştirak edə bilər" - Rubio

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Putin Mayamidə G20 sammitində iştirak edə bilər" - Rubio xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılan G20 sammitində iştirak edə bilər.

Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Hindistanda jurnalistlərə açıqlamasında deyib.

Rubio bildirib ki, Vaşinqton Putinin sammitdə iştirakına dair hələlik təsdiq almayıb.

“Putinin Mayamidə keçiriləcək sammitə də gəlməsi ehtimalı var, baxmayaraq ki, bununla bağlı təsdiqimiz yoxdur”, – Rubio qeyd edib.

ABŞ Dövlət katibi Rusiyanın G20 tədbirlərində təmsil olunacağını da bildirib. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Mayamidə keçiriləcək G20 sammitində, yaxud Atlantada baş tutacaq xarici işlər nazirlərinin görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib:

“Ruslar G20-nin bir hissəsi olmağa dəvət olunublar. Prezident bu qərarı verib. Buna görə də, açıq şəkildə, onlar bu sammitlərin hər birində təmsil olunacaqlar”./Report

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑