Dünya · Sfera.az

NATO İrandan gələn təhdidləri pislədi - Birgə bəyanat yayıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
NATO İrandan gələn təhdidləri pislədi - Birgə bəyanat yayıldı xəbəri üçün şəkil

NATO-ya üzv ölkələr İranın alyansın üzvlərinə və tərəfdaşlarına qarşı zorakı üsullardan istifadə etməsini pisləyiblər. Birgə bəyanatda sui-qəsd planları, yanğınlar, təxribatlar, kiberhücumlar və digər hibrid fəaliyyətlər də daxil olmaqla, bu cür hərəkətlərin qəbuledilməz olduğu vurğulanıb.

Sfera.az xəbər verir ki, alyansın üzv ölkələri tərəfindən yayılan bəyanatda İranın müttəfiqlərə və tərəfdaşlara qarşı zorakı üsullara əl atması qınanılıb.

Sənəddə Böyük Britaniyanın ötən ay ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançılarının yerləşdiyi Ferford aviabazasında baş verən təhlükəsizlik insidentinin, böyük ehtimalla, İran tərəfindən təşkil edildiyi barədə qənaətinə də dəstək ifadə olunub.

Bəyanatda qeyd edilib ki, İranın alyans ölkələrinin ərazisindəki insanları təhdid etmək, susdurmaq, qorxutmaq, təqib etmək, onlara zərər vurmaq və ya iradələrini qəbul etdirmək cəhdləri, istər birbaşa, istərsə də vasitəçilər üzərindən həyata keçirilsin, qəbuledilməzdir.

“İranın və ya hər hansı digər dövlətin tapşırığı ilə düşmənçilik fəaliyyəti göstərən hər kəs bilməlidir ki, bu cür cəhdləri aşkar etmək, araşdırmaq və qarşısını almaq, eləcə də təqsirkarları qanunun bütün sərtliyi ilə məsuliyyətə cəlb etmək üçün zəruri addımları atacağıq”, - bəyanatda vurğulanıb.

NATO-nun baş katibi Mark Rütte də ayrıca bəyanatla çıxış edərək müttəfiqlərin və tərəfdaşların vahid mövqeyini alqışlayıb. O, alyans üzvü ölkələrin ərazilərində zorakılıq və təhdidlərdə İranın iştirakını pisləyib.

Rütte NATO-nun alyansa üzv ölkələrdə yaşayan bir milyard insanın təhlükəsizliyini təmin etmək missiyasını ardıcıl şəkildə davam etdirəcəyini bildirib.

Firuzə Əliyeva

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑