Cəmiyyət · Sfera.az

Maşın satışında nə dəyişir – Yeni qayda

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maşın satışında nə dəyişir – Yeni qayda xəbəri üçün şəkil

Payız mövsümünün gəlməsi ilə avtomobil bazarında durğunluq yaşanır.

Sfera.az xəbər verir ki, satıcılar deyirlər ki, alıcıların azalmasına baxmayaraq, qiymətlərdə ciddi dəyişiklik yoxdur.

Maşın almaq istəyənlərin əsas seçimi isə mühərriki kiçik, yanacağa qənaət edən və daha çox çin istehsali olan avtomobillərdir.

Hazırda avtomobil bazarında satıcı çox, alıcı isə çox azdır.

Satıcılar avtomobillərini günlərlə satışa çıxarsalar da, real alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Xüsusilə payızın gəlişindən sonra bazarda alıcılıq qabiliyyətinin zəiflədiyi bildirilir.

Satıcılar deyirlər ki, qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmur. Alıcı az olsa da, avtomobil sahibləri qiymətləri kəskin endirməyə tələsmirlər. Belə vəziyyətdə bazarda əsas sual budur: alıcılar hansı avtomobilləri axtarırlar?

Bazarda olan azsaylı alıcıların bir qismi geniş salona və çətin hava şəraitində istifadəyə uyğun avtomobillərə üstünlük verir.

Alıcılar seçim edərkən daha çox yanacaq sərfiyyatını, avtomobilin saxlanma xərcini və qiymətini nəzərə alırlar. Satıcılar hesab edirlər ki, Yeni il öncəsi bazarda nisbətən də olsa canlanma ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑