Dünya · Sfera.az

İspaniyada ağır qəza: 46 ölü, 150 yaralı var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada ağır qəza: 46 ölü, 150 yaralı var xəbəri üçün şəkil

İspaniyada Madrid–Əndəlüs istiqamətində hərəkət edən iki sürətli qatarın toqquşması nəticəsində azı 46 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilir. Hadisə ilə bağlı müxtəlif mənbələr ölənlərin sayı barədə fərqli rəqəmlər açıqlayıb.

Sfera.az xəbər verir ki, İspaniya mediasının məlumatına görə, qatarlardan birində 387 sərnişin, digər qatarda isə biri körpə olmaqla 147 sərnişin olub.

Güclü zərbənin təsirindən iki vaqon relsdən çıxaraq yamacdan aşağı yuvarlanıb. Yaralıların qəbulu üçün bölgədəki xəstəxanalarda bütün planlaşdırılmış cərrahi əməliyyatlar təxirə salınıb. Faciə ilə əlaqədar paytaxt Madrid ilə Əndəlüs regionu arasındakı yüksəksürətli dəmir yolu xəttində hərəkət tamamilə dayandırılıb.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑