Cəmiyyət · Sfera.az

“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi xəbəri üçün şəkil

Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.

Sfera.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin Sərəncamı ilə “İri Şəhərlərin Su Təchizatı”nın publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.

İclasda Müşahidə Şurasının qərarına əsasən, Mərdanov Arif Fərman oğlu QSC-nin icraçı direktoru təyin edilib.

Qeyd edək ki, A.Mərdanov 1970-ci ildə Bakıda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Keçmiş “Azərsu” ASC-də rəhbər vəzifədə çalışıb, “Su təchizatı və tullantı suları haqqında” Qanunun hazırlanmasında ekspert qurupunun üzvü olub.

“SOCAR”da idarə rəisi vəzifəsində çalışıb.

Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Tərəqqi” medalına layiq görülüb.

Ailəlidir, 3 övladı var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑