Dünya · Sfera.az

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirdi xəbəri üçün şəkil

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Müdafiə Nazirliyinin binasına ballistik raketlə hücum etdiklərini açıqlayıblar.

Sfera.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Səri məlumat verib.

Onun sözlərinə görə, son 48 saat ərzində Yəmən silahlı qüvvələri ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd hərbi əməliyyat həyata keçirib.

Yəhya Səri bildirib ki, əməliyyatlardan biri Ər-Riyadda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binasına qarşı yönəlib.

Bundan əlavə, husilər Səudiyyə Ərəbistanının qərbində yerləşən Yanbu şəhərində ölkənin neft şirkəti “Saudi Aramco”nun infrastrukturuna hücum etdiklərini bildiriblər.

Bəsti Rəfizadə
Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑