Cəmiyyət · Sfera.az

Hava DƏYİŞƏCƏK: bu tarixdən yağış yağacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hava DƏYİŞƏCƏK: bu tarixdən yağış yağacaq xəbəri üçün şəkil

23 Oktyabr 20Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑