Cəmiyyət · Sfera.az

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq xəbəri üçün şəkil

2027-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3 % çox) olması proqnozlaşdırılır.

Sfera.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Sənədə əsasən, xərclərin 9 milyard 220,5 milyon manatının (10,8 % çox) DSMF-nin gəlirlərinin, 52 milyon manatının (67,5 % az) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑