Dünya · Sfera.az

Fransada qırıcı qəzaya uğradı, bir pilot öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada qırıcı qəzaya uğradı, bir pilot öldü xəbəri üçün şəkil

Fransanın şimal-şərqində, Nansi şəhəri yaxınlığında Hərbi Hava Qüvvələrinə məxsus Mirage-2000D qırıcısı qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, bu barədə BFMTV Fransa Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 20-si axşam saatlarında təlim uçuşu zamanı "Meurthe-et-Moselle" departamentində, Nansi yaxınlığında baş verib. Təyyarə Nansi-Oşe aviabazasına məxsus olub.

Qəza nəticəsində ekipaj üzvlərindən biri həlak olub. İkinci hərbçinin axtarışları davam etdirilir. Hadisə yerində genişmiqyaslı xilasetmə və axtarış əməliyyatı aparılır. Təyyarənin qalıqları pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanıb.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb./APA

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑