Dünya · Sfera.az

Fransada kütləvi etirazlara hazırlıq: 70 min polis küçələrə çıxarılacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada kütləvi etirazlara hazırlıq: 70 min polis küçələrə çıxarılacaq xəbəri üçün şəkil

Fransada “Sarı jiletlilər” hərəkatının Milli Assambleyanın qarşısında keçirməyi planlaşdırdığı aksiya qadağan edilib.

Sfera.az xəbər verir ki, bu barədə LCP telekanalı məlumat yayıb.

Bildirilib ki, Paris Polis İdarəsi hərəkatın bu axşam keçirməyi planlaşdırdığı aksiyaya icazə verməyib. Etirazçılar aksiyanın Milli Assambleyadan 500 metr məsafədə yerləşən “Invalides” meydanında keçirilməsi təklifini də rədd ediblər.

Parisdən kənardakı şəhərlərdə yerli vaxtla saat 19:00-da aksiyaların keçirilməsi gözlənilir.

“Sarı jiletlilər” həmçinin sabah ölkə üzrə kütləvi aksiyalar keçirməyə hazırlaşırlar. Aksiyalarla əlaqədar ölkə üzrə təxminən 70 min hüquq-mühafizə orqanı əməkdaşının səfərbər ediləcəyi bildirilib.\\publika

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑