Media · Sfera.az

Fransada etiraz güclənir: yollar bağlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etiraz güclənir: yollar bağlandı xəbəri üçün şəkil

Fransada bahalılığa və yanacağın qiymətinin artmasına etiraz edənlər küçələrə çıxıb. Aksiyalar səbəbindən nəqliyyatda fasilələr yaranıb.

Sfera.az xəbər verir ki, tələbələrin bir neçə gün davam edən etirazlarından sonra ölkədə həyat bahalılığına qarşı yeni aksiyalar başlayıb. Fransanın Nansi şəhərində fəallar yanacağın qiymətinin artmasına və yaşayış xərclərinin yüksəlməsinə etiraz olaraq səhər saatlarından yolları bağlayıblar.

“Sarı jiletlilər” hərəkatının üzvləri və yerli etiraz qruplarının əsas yollarda keçirdiyi aksiyalar nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub.

Ölkədə həftələrdir davam edən gərginlik fonunda təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.


Bəsti Rəfizadə
Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑