Estoniya Rusiya ilə sərhədində təxminən 150 bunker tikməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Estoniyanın müdafiə naziri Martin Herem bildirib ki, bunkerlərdən təxminən 100-ü dövlətə məxsus torpaqlarda, digər 50-si isə özəl ərazilərdə yerləşdiriləcək.
Qeyd edək ki, oktyabrın 25-də Estoniyanın Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kaupo Rozin rusların SSRİ-nin dağılmasından sonra destalinizasiya prosesindən keçmədiyini iddia edib. Onun sözlərinə görə, bu səbəbdən bu gün Rusiya əhalisinin əksəriyyəti özünü xüsusi sivilizasiyanın bir hissəsi hesab edir.
Fatimə






