Media · Sfera.az

Türkiyə Ermənistana görə NATO planını blokladı - İDDİA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Ermənistana görə NATO planını blokladı -  İDDİA xəbəri üçün şəkil

Fransa və Türkiyə NATO-nun Azərbaycan və Ermənistanla əməkdaşlığını genişləndirmək planlarını bloklayıb.Sfera.az xəbər verir ki, bu barədə “Politico” məlumat...

Fransa və Türkiyə NATO-nun Azərbaycan və Ermənistanla əməkdaşlığını genişləndirmək planlarını bloklayıb.


Sfera.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.


Nəşrin yazdığına görə, iki ölkə ilə yeni tərəfdaşlıq sazişlərinin təsdiqlənməsi bir ildən artıqdır gecikir:


“Fransa Azərbaycanla ikitərəfli fikir ayrılıqlarına görə Bakının NATO ilə tərəfdaşlığının genişləndirilməsinə mane olur. Türkiyə isə Ermənistanla bağlı sənədin təsdiqlənməsinə qarşı çıxır və hər iki sazişin eyni vaxtda təsdiqlənməsini tələb edir”.


Mənbə qeyd edib ki, təklif olunan tərəfdaşlıq çərçivəsində birgə hərbi təlimlərin, hazırlıq proqramlarının və siyasi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.


NATO diplomatları hesab edirlər ki, yaranmış vəziyyət Ermənistan və Azərbaycanın Qərblə yaxınlaşmaq səylərinə mənfi təsir göstərə bilər.


Bəsti Rəfizadə
Sfera.az


Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑