Cəmiyyət · Sfera.az

Anar Kərimov ABB-nin rəhbərliyinə gətirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Anar Kərimov ABB-nin rəhbərliyinə gətirildi xəbəri üçün şəkil

30 sentyabr 2026-cı il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. ABB AS...

30 sentyabr 2026-cı il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. ABB ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən, səsvermə qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilib.

Sfera.az xəbər verir ki, səsvermə nəticəsində Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Mehman oğlu Kərimov 3 il müddətinə ABB ASC-nin Müşahidə Şurasının üzvü seçilib. Habelə ABB ASC-nin Nizamnaməsinə və ABB ASC-nin Müşahidə Şurası haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə qərarlar qəbul olunub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür./axar.az

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑