Maqazin · Sfera.az

Boşanmış aktrisa: "Təkcə sevgi bəs etmir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Boşanmış aktrisa: "Təkcə sevgi bəs etmir" xəbəri üçün şəkil

Türkiyəli aktrisa Deniz Baysal evlilik və sevgi ilə bağlı açıqlamaları ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, aktrisa müğənni Barış Yurtçu ilə yeddi illik evliliyini bitirdikdən sonra münasibətlərə baxışından danışıb. O, bu fikirlərini Anas Bukhaşın aparıcısı olduğu “ABtalks” proqramında bölüşüb.

Deniz Baysalın sözlərinə görə, zaman keçdikcə sevgi anlayışına münasibəti dəyişib. Aktrisa hesab edir ki, münasibətlərin davam etməsi üçün təkcə romantik hisslər kifayət etmir.

“Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bir hissdir, bu itə bilər, amma məhəbbət qalıcıdır. Təkcə sevgi kifayət deyil. Hörmət, bir-birinə şəxsi məkan yaratmaq, qarşı tərəfin xoşbəxtliyini və uğurunu istəmək vacibdir”, – deyə aktrisa bildirib.

Aktrisa həqiqi sevginin yalnız çətin günlərdə bir-birinə dəstək olmaqdan ibarət olmadığını da vurğulayıb. Onun fikrincə, insan sevdiyi şəxsin xoşbəxtliyinə və uğurlarına da ürəkdən sevinməyi bacarmalıdır.

“Əgər bir insanı həqiqətən sevirsənsə, onun xoşbəxtliyi ilə xoşbəxt olursan”, – deyə Baysal qeyd edib.

Qeyd edək ki, Deniz Baysal və musiqiçi Barış Yurtçu 2019-cu ildə evləniblər. Cütlük bu ilin sentyabrında razılaşma yolu ilə boşanaraq yeddi illik evliliklərini sonlandırıb.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑