Kriminal · Sfera.az

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanılıb xəbəri üçün şəkil

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu anasını, atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑