Hadisə · Sfera.az

Azərbaycanda güclü təkanlar gözlənilir? - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda güclü təkanlar gözlənilir? - Video xəbəri üçün şəkil

Oktyabrın 19-da Xəzər dənizində və İsmayıllıda cəmi 8 dəqiqə fərqlə iki zəlzələ qeydə alınıb.

Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, saat 11:27-də Xəzər dənizində baş verən zəlzələnin maqnitusası 3,5 bal olub.

Növbəti zələzələ isə İsmayıllı rayonunda cəmi 8 dəqiqə sonra qeydə alınıb. Yerli vaxtla 11:35-də baş verən yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 10 km olub.Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində hiss olunub.

Qurban Yetirmişlinin sözlərinə görə, Xəzər dənizində bu kimi zəif təkanlar vaxtaşırı qeydə alınır. Ümumilikdə ölkə ərazisində dağıdıcı və yüksək ballı təkanlar gözlənilmir.

Daha ətraflı videomaterialı təqdim edirik.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑