Siyasət · Sfera.az

Azərbaycan İordaniyaya başsağlığı verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan İordaniyaya başsağlığı verdi xəbəri üçün şəkil

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniyaya başsağlığı verib.

Sfera.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları qətiyyətlə pisləyirik.

İordaniya ilə həmrəyliyimizi ifadə edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən İordaniyanın Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücum baş verib. Nəticədə 6 nəfər ölüb, 28 nəfər yaralanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑