Hadisə · Sfera.az

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi xəbəri üçün şəkil

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını yoxlamaya buraxmayan cərimələnib.

Sfera.az xəbər verir ki, hadisə Lerik rayonunda qeydə alınıb.

AQTA əməkdaşları şikayət əsasında Lənkəran-Lerik yolundakı "Çənlibel" restoranında yoxlamaya gediblər. Lakin obyektin sahibkarı onların yoxlama keçirməsinə şərait yaratmayıb. Ona bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, əhəmiyyətsiz olub.

Nəticədə sahibkar barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Obyektin sahibinə məlumat verilsə də, o, məhkəmədə iştirak etməyib. Beləcə proses onun iştirakı olmadan baş tutub.

Qərara əsasən, "Çənlibel" restoranının sahibi 3000 manat məbləğində inzibati qaydada cərimələnib.\\lent.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑