İqtisadiyyat · Sfera.az

ABŞ yanacağın qiymətini belə endirməyə çalışır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ yanacağın qiymətini belə endirməyə çalışır xəbəri üçün şəkil

ABŞ administrasiyası yanacağın qiymətini aşağı salmaq məqsədilə təcili istilik mazutu ehtiyatının təxminən üçdə birini borc verməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ Energetika Nazirliyinin açıqlamasına görə, ölkənin 1 milyon barellik Şimal-Şərq İstilik Mazutu Ehtiyatından 315 min barelədək yanacaq ayrılacaq. Yanacağın tədarükünün noyabrın 13-dək başa çatdırılması nəzərdə tutulur.

Qərar İran və Ukraynadakı müharibələr fonunda dizel yanacağının tədarükündə yaranan problemlər və qiymət artımı ilə əlaqədardır. ABŞ-də dizelin bir qallonunun qiyməti 6,50 dolları ötərək rekord səviyyəyə çatıb.

Məlumata görə, yanacaq Nyu-Cersi, Konnektikut, Massaçusets və Men ştatlarında saxlanılır. Yeni İngiltərə bölgəsindəki evlərin təxminən üçdə biri istilik üçün mazutdan istifadə edir. Mendə isə bu göstərici təxminən 50 faizdir.

ABŞ-nin energetika naziri Kris Rayt administrasiyanın enerji xərclərini azaltmaq üçün bütün mümkün addımları atmağa çalışdığını bildirib. Nazirlik yanacağın çatışmazlıq yaşanan ərazilərə çatdırılması üçün pərakəndə satıcılar və yanacaq terminallarının operatorları arasında rəqabətli tender keçirəcək.

Bundan əlavə, ABŞ administrasiyası neft qiymətlərinin artımını cilovlamaq üçün Strateji Neft Ehtiyatından 172 milyon barel xam neftin borc verilməsi barədə də qərar qəbul edib. Bununla belə, ehtiyatlardakı neftin həcmi 1982-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑