Dünya · Sfera.az

ABŞ və Yaponiya birgə raket istehsal edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ və Yaponiya birgə raket istehsal edəcək xəbəri üçün şəkil

ABŞ və Yaponiya qabaqcıl orta mənzilli raketlərin birgə istehsalı məqsədilə Yaponiyada müəssisə yaradılması barədə razılığa gəliblər.

Sfera.az xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Koizumi Şinciro açıqlayıb.

O, Filippində keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Müdafiə Nazirlərinin Görüşü zamanı ABŞ-nin müdafiə naziri Pit Heqsetlə görüşündən sonra jurnalistlərə açıqlama verib.

Koizuminin sözlərinə görə, “Operation Supercharge” adlandırılan birgə təşəbbüs çərçivəsində istehsal ediləcək raketlər "F-35" qırıcıları üçün mühüm əhəmiyyət daşıyır.

Nazir bildirib ki, tərəflər ABŞ-Yaponiya ittifaqının çəkindiricilik və operativ müdaxilə imkanlarının daha sürətli və intensiv şəkildə gücləndirilməsi barədə razılığa gəliblər.

Koizumi, həmçinin güc tətbiqi, təzyiq və digər vasitələrlə mövcud status-kvonun birtərəfli qaydada dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu vurğulayıb. O, tərəflərin beynəlxalq hüququn aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizamın qorunmasının vacibliyini bir daha təsdiqlədiklərini qeyd edib.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑