Dünya · Sfera.az

ABŞ-nin dövlət borcu rekord həddə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-nin dövlət borcu rekord həddə çatıb xəbəri üçün şəkil

ABŞ-nin dövlət borcu son iki ayda təxminən 400 milyard dollar artaraq 40,4 trilyon dollara yaxınlaşıb.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqladığı məlumatlarda bildirilir.

Rəsmi statistikaya əsasən, avqustun 19-da ilk dəfə 40 trilyon dollar həddinə çatan dövlət borcu ötən iki ay ərzində daha 1 faiz artıb.

Amerikalı ekspertlərin proqnozlarına görə, qarşıdakı on il ərzində ABŞ-nin dövlət borcu ümumi daxili məhsulun (ÜDM) təxminən 120 faizinə çata bilər. Bu isə federal hökumətin borcunun ölkə iqtisadiyyatının illik istehsal həcmindən daha çox olacağı deməkdir.

Hazırda Vaşinqton dövlət borcu üzrə faiz ödənişlərinə hər il təxminən 970 milyard dollar xərcləyir. Bu məbləğ ölkənin müdafiə xərclərini üstələyir. 2020-ci ildən bəri borca xidmət xərcləri üç dəfə artıb.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına görə, dövlət xərcləri və vergi siyasətində islahatlar aparılmasa, ABŞ-nin dövlət borcu növbəti altı il ərzində 50 trilyon dollara çata bilər./teleqraf

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑