Dünya · Sfera.az

ABŞ 80 ildən çoxdur okeandakı yadplanetlilərlə bağlı həqiqətləri gizlədir? - İDDİA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ 80 ildən çoxdur okeandakı yadplanetlilərlə bağlı həqiqətləri gizlədir? - İDDİA xəbəri üçün şəkil

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Tim Qallodet ölkə hakimiyyətini okeanlarda müşahidə edilən naməlum obyektlər barədə məlumatları onilliklərdir ictimaiyyətdən gizlətməkdə ittiham edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “International Business Times” nəşri məlumat yayıb.

Qallodetin sözlərinə görə, hərbi dənizçilər dəfələrlə komandanlığa təkcə havada hərəkət edən deyil, həm də okeanın dərinliklərinə dalan naməlum obyektlər barədə məlumat veriblər. İddialara görə, həmin obyektlər hava və su mühiti arasında heç bir maneə və gecikmə olmadan hərəkət edə biliblər.

Keçmiş kontr-admiral belə obyektləri əks etdirən iki videoya baxdığını bildirib. Onun sözlərinə görə, görüntülərdən birində naməlum obyekt suya o qədər rəvan daxil olur ki, hətta suyun səthində sıçrayış belə yaranmır. Digər videoda isə obyektin suyun altında qeyri-adi sürətlə hərəkət etdiyi, daha sonra okeanın səthi üzərində dayandığı və səmaya doğru yüksəldiyi iddia olunur.

Qallodet ABŞ hərbi komandanlığının və hakimiyyət orqanlarının bu cür müşahidələrlə bağlı məlumatları ictimaiyyətə açıqlamağa üstünlük vermədiyini deyib.

O, okeanların yadplanetlilərin gizlənməsi üçün əlverişli məkan ola biləcəyini də irəli sürüb. Keçmiş hərbçinin sözlərinə görə, insanlar dronlar, şamandıralar və sualtı qurğular vasitəsilə okean ərazilərinin yalnız təxminən 10 faizini araşdırıblar.

Qeyd edək ki, bu iddialar yadplanetlilərin mövcudluğunu təsdiqləyən elmi sübut kimi qəbul edilmir. Naməlum uçan və sualtı obyektlərlə bağlı müşahidələrin mənşəyi barədə yekun nəticə çıxarmaq üçün yoxlanıla bilən məlumatlar və müstəqil araşdırmalar tələb olunur.

Xatırladaq ki, oktyabrın əvvəlində ABŞ-nin keçmiş kəşfiyyat əməkdaşı Devid Qruş da okeanda yadplanetlilərə məxsus olduğu iddia edilən nəhəng sualtı baza barədə danışmışdı. Onun sözlərinə görə, bazanın ölçüsü bir neçə şəhər məhəlləsi ilə müqayisə oluna bilər. Bu iddia da müstəqil şəkildə təsdiqlənməyib.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑