İdman · Sfera.az

10 oyundur məğlub olmurlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
10 oyundur məğlub olmurlar xəbəri üçün şəkil

İtaliya A Seriyasının 10-cu turunda “Roma” səfərdə “Udineze”yə 5:2 hesabı ilə qalib gəlib.

Sfera.az xəbər verir ki, oktyabrın 31-də Udine şəhərindəki “Bluenerci” stadionunda keçirilən görüşdə qonaqlar inamlı qələbə qazanıblar.

“Roma”nın heyətində Brayan Kristante (10), Rodriqu Mora (31), Doniel Malen (33), Evan Ndika (37) və Daniele Gilardi (90+2) fərqləniblər.

Ev sahiblərinin qollarını isə Nikolo Zaniolo (50) və Matteo Palma (78) vurublar.

Bu qələbə ilə “Roma”nın A Seriyasında məğlubiyyətsiz oyunlar seriyası 10-a çatıb.

Paytaxt təmsilçisi 24 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Udineze” isə 5 xalla 19-cu yerdədir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑