Cəmiyyət · Sfera.az

Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir xəbəri üçün şəkil

Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqe kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.

Sfera.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasına qeyd edilib.

Bildirilib ki, Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir.

"Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sosial şəbəkə hesabları ilə bu linkdən tanış olmaq mümkündür.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑