Edqar Adilxanovun Belçikanın “Gent” klubundan təklif alması ilə bağlı yayılan xəbərlər yalandır.
Sfera.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda “Zirə” ilə səfərdə 1-1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
“Belə bir şey yoxdur. Əgər olsaydı, klub bizə məlumat verərdi. Bu cür xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil. Bu, futbolçu üçün narahatlıq yaradır”, - A.Bağırov qeyd edib.



