Ölkə · Qaynarinfo.az

Qonşunun evindən 76 şüşə limonad oğurladı - 3 il 6 ay həbs olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qonşunun evindən 76 şüşə limonad oğurladı - 3 il 6 ay həbs olundu xəbəri üçün şəkil

Qonşusunun evinin həyətindəki saxlanc yerindən 1050 manatlıq əşya oğurlayan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Bakı şəhərində…

Qonşusunun evinin həyətindəki saxlanc yerindən 1050 manatlıq əşya oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Bakı şəhərində anadan olmuş A.R. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, A.R. gecə saat 02.00 radələrində qonşusunun uzun müddət istifadə olunmayan evinin həyətindəki saxlanc yerinə dam örtüyünü açaraq daxil olub.

O, buradan ümumi dəyəri 1050 manat olan 2 qazan dəsti, 4 ədəd çərəz qabı, 12 ədəd çəngəl-qaşıq dəsti, 60 ədəd 0,5 litrlik və 16 ədəd 2 litrlik “Xudat” limonadı, su motoru, hidrofor və 30 metr elektrik naqili götürüb.

A.R. məhkəmədə əməlini etiraf edib. Bildirib ki, narkotik vasitə almaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlib.

Xəzər Rayon Məhkəməsi A.R.-yə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Əvvəlki hökm üzrə cəza ilə qismən toplama aparıldıqdan sonra qəti cəza 3 il 6 ay müəyyən edilib.

Saxlanıldığı 2 gün nəzərə alınaraq onun üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

A.R. cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydın

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑