Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb. Belə ki, "Hyundai"…
Naxçıvan
yol qəzaları
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.