İdman · Qafqazinfo.az

“Sabah” bir nəfər azlıqda qalır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” bir nəfər azlıqda qalır xəbəri üçün şəkil

Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə “Vikinq”lə qarşılaşacaq. 

“Viking Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində “Sabah” 3 xalla 25-ci, “Vikinq” isə 1 xalla 33-cüdür. 

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

00:00. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy

VAR: Jeroen Maşkot (Niderland)

“Viking Stadium”

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

***

Komandaların start heyətləri bəlli olub:

“Vikinq”: 1 Ostbo, 5 Heqheym, 6 Stennes, 25 Falçener, 28 K. Haugen, 7 Askildsen, 29 Moi, 26 Kvia-Egeskoq, 16 Byordal, 22 Botheym, 10 Tripiç.

“Sabah”: 92 Stas Pokatilov, 27 Timoteuş Puxaç, 4 Eyden Makkarti, 3 Stiv Solvet, 80 Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 21 Velko Simiç, 6 Abdulax Xaybulaev, 8 Kristian Nvaçukvu, 99 Patrik Mbina.

***

Matç başladı.

***

11-ci dəqiqədə Orfe Mbina hesabı açır.

***

Erik Botheym 27-ci dəqiqədə hesabı bərabərləşdirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

69-cu dəqiqədə Zladko Tripiç penaltidən fərqlənir.

***

77-ci dəqiqədə Eyden Makkarti qırmızı vərəqə alaraq meydandan qovulur.

 








BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑