Art · Publika.az

Xorvatiyada “Azərbaycan musiqisi gecəsi" təşkil olundu - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 54 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xorvatiyada “Azərbaycan musiqisi gecəsi" təşkil olundu - FOTO xəbəri üçün şəkil

Sentyabrın 30-da Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub.

Publika.az xəbər verir ki, Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Elza İbrahimova, Vaqif Gərayzadə, Vaqif Mustafazadə, xarici ölkə bəstəkarları Henry Krieger, Petar Graso, Ivica Badurina, Freddie Peren və Dino Fekarisin əsərləri səsləndirilib.

Konsertdə Xalq artistləri Ənvər Sadıqov və Tünzalə Ağayeva, Əməkdar artist Emil Əfrasiyab, Samirə Əfəndi, Elnur Hüseynov şövqlü ifaları ilə tamaşaçıların könlünü oxşayıblar.

Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında təqdim olunan rəqs nümunələrimiz böyük maraqla qarşılanıb.

Konsert proqramını mədəniyyət naziri Adil Kərimli, Xorvatiyadakı səfirimiz Anar İmanov, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasının hər iki tərəfdən iştirakçıları və Zaqreb ictimaiyyətinin nümayəndələri izləyiblər.

Xəbəri paylaş

Bu saytda oxunma: 54

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑