Dünya · Publika.az

Orbanın BMT-yə rəhbərlik etməsi gündəmdə: Trampın planı nədir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Orbanın BMT-yə rəhbərlik etməsi gündəmdə: Trampın planı nədir? xəbəri üçün şəkil

ABŞ prezidenti Donald Trampın administrasiyası Macarıstanın keçmiş baş naziri Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” üç ölkədən olan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ tərəfi Orbanı namizədliyini irəli sürməyə çağırıb və ilkin ideyanı onunla bölüşüb. Lakin planla bağlı hələ yekun qərar verilməyib.

Qəzetin mənbələri qeyd ediblər ki, Rusiya və Çin də Orbanın namizədliyini dəstəkləyə bilər. Vaşinqton isə onun namizədliyinin birgə irəli sürülməsinə ümid edir.

Mənbələrin sözlərinə görə, ABŞ, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında hər hansı məsələ ilə bağlı ortaq mövqeyə gəldikdə, adətən istədikləri nəticəyə nail ola bilirlər.

Müəllif: Adəm Abbaslı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑