“Mançester Siti” maliyyə pozuntusu ilə bağlı işi həll etmək üçün Premyer Liqa ilə ilkin danışıqlar aparıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Mənbənin məlumatına görə, müzakirələr klubun demək olar ki, bütün ittihamlar üzrə günahkar bilinməsindən əvvəl aparılıb. “Siti” ardıcıl olaraq günahsız olduğunu iddia etdiyi üçün danışıqlar tez bir zamanda çıxılmaz vəziyyətə düşüb.
Tərəflərin klubun əhəmiyyətli maliyyə təzminatı ilə kifayətlənməsinə və Premyer Liqadan qovulmaq və titullarından məhrum edilmək cəzasından yayınmasına imkan verən bir variantı müzakirə etdikləri deyilir – bəzi mütəxəssislər vrinatı daha çox ehtimal edirlər.
Qeyd olunur ki, “Mançester Siti”nin “Arsenal” və “Liverpul” kimi rəqibləri Premyer Liqanın “şəhərlilər”lə razılaşmasına qəti şəkildə qarşı çıxacaqlar.




