İdman · Publika.az

Lebron oyun zamanı azarkeşin şərabını niyə içib? - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lebron oyun zamanı azarkeşin şərabını niyə içib? - VİDEO xəbəri üçün şəkil

“Filadelfiya 76ers” komandasının ulduzu Lebron Ceyms “Çikaqo Bulls”a qarşı oyun azarkeşin stəkanından şərab dadmaq qərarına gəlməsinin səbəbini izah edib.

Publika.az xəbər verir ki, oyunun üçüncü hissəsində qeyri-adi bir hadisə baş verib: basketbolçu Tayrez Maksinin ötürməsini almağa çalışarkən meydandan kənara çıxıb və tamaşaçı ilə toqquşub. Nəticədə azarkeşin içkisinin bir hissəsi dağılıb. Bundan sonra Ceyms şərabdan bir qurtum içib və meydana qayıdıb.

ESPN jurnalisti Kris Rim Ceymsin sözlərini sitat gətirib: “Ona dəydim və şərabından bir az dağıtdım. Ona görə də bunun nə qədər dadlı olduğunu bilmək istədim. Yaxşı şərab idi”.

Troy Klemons adlı azarkeş daha sonra bildirib ki, Lebron toqquşmadan dərhal sonra ondan üzr istəyib, sonra şərabdan bir qurtum içib.

“Filadelfiya” “Çikaqo”nu 126-107 hesabı ilə məğlub edib. Ceyms 31 dəqiqə oynayıb, 15 xal, 7 ribaund və 9 məhsuldar ötürmə edib. Bu, komandanın səkkiz oyunda yeddinci qələbəsidir.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑