Cənubi Qafqaz · Publika.az

Mirzoyan İrana gedir

Hazırda oxuyur: — Ümumi baxış: 25 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirzoyan İrana gedir xəbəri üçün şəkil

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah İranın paytaxtı Tehrana səfər edəcək.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"Ararat Mirzoyanın Tehrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi, həmçinin regional sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə İran-Ermənistan arasında davamlı məsləhətləşmələr çərçivəsində həyata keçirilir", - o bildirib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri İran rəsmiləri ilə görüşdə Cənubi Qafqazda regional əməkdaşlıq barədə danışıqlar aparacaq.

Xəbəri paylaş

Bu saytda oxunma: 25

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑