Banklar · Publika.az

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Hazırda oxuyur: — Ümumi baxış: 9 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib xəbəri üçün şəkil

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib.

Publika.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur.

Depozit portfelinin 50,9 %-i, yaxud 23 milyard 420,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 2,9 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 17,8 % artaraq 18 milyard 211,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 37,5 % artaraq 4 milyard 420,7 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 25 milyard 255 milyon manatı (1 il əvvələ nisbətən 12,7 % çox) qısamüddətli, 20 milyard 798 milyon manatı (+9,3 %) isə uzunmüddətli olub.

Xəbəri paylaş

Bu saytda oxunma: 9

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑