Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
Fransada yuxarı sinif şagirdlərinin keçirdiyi etiraz aksiyalarında 600 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, nümayişlər ölkə üzrə 564 təhsil müəssisəsinin qarşısında keçirilir və məktəblərin fəaliyyətinə mane olur.
Etirazlar ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda Fransanın bütün ərazisinə yayılıb. Şagirdlər dərs cədvəllərinin həddən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.