ABŞ · Publika.az

ABŞ və Ukrayna kritik minerallarla bağlı ilk sövdələşməni bağladı - 30 milyon dollarlıq yatırım

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ və Ukrayna kritik minerallarla bağlı ilk sövdələşməni bağladı - 30 milyon dollarlıq yatırım xəbəri üçün şəkil

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

ABŞ-Ukrayna Birgə İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməsini bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının investisiya bölməsinin rəhbəri Konor Koulman məlumat verib.

Fond Ukraynanın “BGV Group” şirkəti ilə birgə faydalı qazıntıların hasilatı layihələrinə təxminən 30 milyon dollar sərmayə yatıracaq. Layihələr nadir torpaq metalları, uran, berillium və sirkonium yataqlarını əhatə edir.

Bundan əlavə, fond daha dörd yeni layihə elan edib. Bununla onun ümumi investisiya portfeli təxminən 70 milyon dollara çatıb. Layihələrdən ikisi Ukraynanın enerji infrastrukturunun gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, fond ABŞ və Ukrayna arasında 2025-ci ilin aprelində imzalanmış faydalı qazıntılar haqqında saziş çərçivəsində yaradılıb. Onun fəaliyyət istiqamətlərinə faydalı qazıntılar, müdafiə, energetika və infrastruktur daxil olmaqla beş strateji sahə daxildir.

Xəbəri paylaş

Bu saytda oxunma: 1

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑