Sakit okeanın cənub-qərbində yerləşən Vanuatu ada dövlətinin sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Publika.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Port-Olri şəhərindən 201 kilometr şimal-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.




