Dünya · Publika.az

Ərdoğan və Trampın gündəmindəki üç mühüm məsələ - Nələr müzakirə olundu?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğan və Trampın gündəmindəki üç mühüm məsələ - Nələr müzakirə olundu? xəbəri üçün şəkil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə ABŞ arasında əlaqələrin inkişafı üçün bütün sahələrdə əməkdaşlığın gücləndiriləcəyini bildirib.

Söhbət zamanı Məkkə sazişi çərçivəsində Hörmüz boğazı və Yəməndəki vəziyyətin yaxından izlənildiyi, problemlərin diplomatik yollarla həlli üçün səylərin davam etdirildiyi qeyd olunub.

Bundan əlavə, Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla sona çatdırılması və tərəflər arasında danışıqlar prosesinin yenidən canlandırılması istiqamətində görülən işlərə dəstək verməyə hazır olduğunu vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑