Dünya · Ölkə.az

Urmiya göl ilə bağlı sevindirici xəbər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Urmiya göl ilə bağlı sevindirici xəbər xəbəri üçün şəkil

Ölkə.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Regional Su Şirkətinin su ehtiyatları üzrə baza tədqiqatları şöbəsindən bildirilib.

"Urmiya gölünün su səviyyəsinin düşməsinin dayanması hidroloji baxımdan diqqətəlayiq bir hadisədir", - şöbədən vurğulanıb.

Əlavə olunub ki, bu vəziyyət gölün son yağıntılara verdiyi müsbət reaksiyanın əlaməti ola bilər:

"Su səviyyəsinin azalma tendensiyasının dayanması Urmiya gölünün vəziyyətində müsbət bir göstərici hesab olunur".

Xatırladaq ki, Urmiya gölü son 30 ildə su həcminin 90%-dən çoxunu itirərək kəskin quruma böhranı ilə üzləşib. 2025-ci ilin sonlarında demək olar ki, tamamilə duzlağa çevrilən və yox olmaq təhlükəsi yaşayan göl 2026-cı ilin yaz-yayında regiona düşən rekord yağıntılar, həmçinin bəndlərdən suyun buraxılması sayəsində müvəqqəti olaraq canlanıb. İyunun 20-də göldə suyun həcminin 18 dəfə artdığı açıqlanıb.(Report)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑