Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yəməndə fəaliyyət göstərən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Turki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri raketlərin qarşısını alaraq onları zərərsizləşdirib.
Bildirilib ki, bundan əvvəl, oktyabrın 25-də səhər saatlarında Ər-Riyada istiqamətlənən ballistik raket və Xamis-Muşayt şəhərini hədəf alan qanadlı raket də məhv edilib.
Hücumlar nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.





