Dünya · Ölkə.az

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı xəbəri üçün şəkil

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib.

Robert Koçaryan avqustun 25-də saxlanılıb. Keçmiş prezidentə əmlakın qanunsuz əldə edilməsi ilə bağlı iş üzrə ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, Koçaryan prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq vəzifə səlahiyyətlərindən istifadə edib və bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.

Avqustun 27-də onun barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib. Koçaryanın oğlu Sedrak Koçaryan da iki ay müddətinə həbs edilib. Bu gün onun da həbs müddəti daha iki ay uzadılıb.

Cinayət işi çərçivəsində Koçaryan ailəsinə məxsus 35 əmlak vahidi araşdırılır. Həmçinin bəzi şirkətlərin fəaliyyəti dayandırılıb və onların obyektləri möhürlənib.

Qeyd edək ki, oktyabrın 14-də Apellyasiya Məhkəməsi Ermənistanın ikinci prezidentinin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑