Dünya · Ölkə.az

Kanadaya Aİ- xüsusi status veriləcək? -  fon der Lyayendən təklif

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kanadaya Aİ- xüsusi status veriləcək? -  fon der Lyayendən təklif xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, o bu barədə Monrealda keçirilən Aİ-Kanada sammitində bildirib.

"Məhz buna görə biz Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması ideyasını müzakirə edirik. Bu, ittifaqa üzv olmadan assosiativ status əldə etmək deməkdir. Biz indiyədək yaratdığımız bütün tərəfdaşlıq formatlarından daha çox üzvlüyə yaxın olan bir əməkdaşlıq modeli qura bilərik", - o deyib.

Daha əvvəl Almaniya və digər Aİ ölkələri Monreal sammitinin yekun bəyanatından Kanadanın assosiativ üzvlüyü barədə qeydin çıxarılmasında təkid edib.

Aİ və Kanadanın bəyannaməsinin yenilənmiş layihəsində "assosiativ üzvlük" anlayışı Avropa İttifaqına üzvlüyü nəzərdə tutmayan "daha sıx tərəfdaşlıq" qurmaq niyyəti ilə əvəzlənib. Tərəflər bu münasibətlərin məzmununu 2027-ci ildə keçiriləcək növbəti sammitədək müəyyənləşdirmək niyyətindədirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑