İqtisadiyyat · Ölkə.az

Bu metrolar arasında hərəkət BƏRPA OLUNDU

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu metrolar arasında hərəkət BƏRPA OLUNDU xəbəri üçün şəkil

Bu barədə Ölkə.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib. Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.

Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.

Xatırladaq ki, 1981-1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb. 

2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑