Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, ictimai şüurun və ümummilli həmrəyliyin inşa edilməsi cəmiyyətin monolitliyi baxımından olduqca vacib idi: “Çünki həmin dövr mürəkkəb bir dövr idi. Ölkəmizdə müxtəlif növ separatçılıq hərəkatları var idi. Azərbaycanda yaşayan insanların heç də hamısı özünü bu milli dövlətə mənsub hesab etmirdi və yaxud bu dövləti özününkü hesab etmirdi. Bax o dövrdə ulu öndər Heydər Əliyev maraqlı bir siyasi çağırışla çıxış etdi, dedi ki, müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının milli sərvətidir. Və beləliklə, həmrəylik üçün ilk siyasi tezis xalqa ötürülmüş oldu.
Ondan sonrakı mərhələdə, əlbəttə ki, Azərbaycan dövlətinin quruculuğu prosesi hüquqi-siyasi əsaslarının yaradılması, iqtisadi əsaslarının yaradılması, yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanı quruculuq mərhələsinə daxil etdi. Və əgər biz bu gün torpaqlarını itirən, müharibədə uduzan, zəif, parçalanan, etnik separatçılığa məruz qalan ölkədən ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş güclü dövlətə çevrilmişiksə, buna görə məhz 3 oktyabr tarixinə borcluyuq. Buna görə ulu öndər Heydər Əliyevə və onun dövlətquruculuq qabiliyyətinə borcluyuq.
Nəticədə nə baş verdi? Məhz Heydər Əliyevin təməllərini atdığı dövlətimiz Prezident İlham Əliyev tərəfindən demək, daha da gücləndirildi. Çox güclü ordu yaradıldı. Diplomatiyamız, beynəlxalq nüfuzumuz artırıldı. Azərbaycan beynəlxalq münasibətlərin mühüm aktorlarından birinə çevrildi. Və beləliklə, nəhayət, biz ərazi bütövlüyümüzü bərpa edəcək gücə qovuşduq. Və Heydər Əliyev məktəbi bize bu qələbəni təmin etmiş oldu”.
H.Babaoğlu bildirib ki, Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında çıxış edən Azərbaycan Prezidenti də məhz bu tarixə qısa ekskurs edərək əldə etdiyimiz tarixi zəfəri məhz həmin tarixlə əlaqələndirdi: “Qeyd etdi ki, Heydər Əliyev ideyaları bu gün də yaşayır. Və doğrudan da Heydər Əliyev ideyaları milli mənafelərimizin və milli ideologiyamızın əsasında durduğu üçün nəsillər bəyində yaşayacaqdır və güclü Azərbaycanın gələcəyini təmin edəcəkdir”.
O qeyd edib ki, Azərbaycan Prezidenti 2023-cü ildən sonra suverenliyini əldə etmiş Azərbaycanın yeni dövlətçilik konsepsiyasını Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında elan etdi: “Bu konsepsiyanın əsas fəlsəfəsi güc idi, güclü Azərbaycan idi. Azərbaycan Prezidenti dedi: "Biz güclü olmalıyıq ki, sülhü qoruya bilək". Və bunun səbəblərini izah edərkən həm tarixi aspektdən, tarixi təcrübədən maraqlı bir arqument gətirdi ki, biz zəif olanda bizi arxadan ermənilər bıçaqla vururlar, həm də hazırkı rasional beynəlxalq münasibətlər kontekstində güclü olmanın vacibliyini qeyd etdi. Çünki ətrafımızda hər yerdə müharibə baş verir. Ona görə də mənə elə gəlir ki, 3 oktyabr 1993-cü ildən başlayan yol bu gün də davam edir, gələcəkdə də davam etməlidir ki, biz sülhü qoruyaq, ölkəmizi daha da qüdrətli və güclü edək”.
Mürtəza

