İdman · Ölkə.az

Zlatan İbrahimoviçdən Ronalduya SƏRT SÖZLƏR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zlatan İbrahimoviçdən Ronalduya SƏRT SÖZLƏR xəbəri üçün şəkil

Zlatan İbrahimoviçdən Ronalduya SƏRT SÖZLƏR

Ölkə.az xəbər verir ki, bu barədə "Tudn" nəşri yazıb.

"Yaratdığın mirası öz eqonla məhv etmək lazım deyil. Komanda yoldaşlarınızdan heç biri ilə danışmadan Portuqaliya millisinin düşərgəsini tərk etmək? Bu, hörmətsizlikdir. Sən başa düşməlisən ki, artıq gənc deyilsən. Zlatana bax! Mən də bir vaxtlar gənc idim. Ən yüksək səviyyədə oynayırdım, sonra isə karyeramı başa vurdum. Hətta şirlər də ovun nə vaxt bitdiyini bilirlər", - deyə İbrahimoviç qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ronaldu baş məşqçi Xorxe Xesusla münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Hadisə Millətlər Liqasının Norveçlə oyunundan sonra baş verib. O zaman məşqçi Kriştianunu meydana buraxmayıb, daha sonra isə bəyan edib ki, hücumçu Danimarkaya qarşı növbəti oyunda da oynamayacaq. Bundan sonra Ronaldu komandadan ayrılıb.

Millinin düşərgəsini tərk etdikdən sonra futbolçu bildirib ki, bir gün mütləq nə baş verdiyini açıqlayacaq.

Qeyd edək ki, Ronaldu millidən getdiyinə görə, Portuqaliya Futbol Federasiyası tərəfindən disiplin sanksiyaları ilə üz-üzə qala bilər.(oxu.az)

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑