Hadisə · Ölkə.az

Azərbaycanlı hərbçi Ukraynada həlak oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanlı hərbçi Ukraynada həlak oldu xəbəri üçün şəkil

Azərbaycanlı hərbçi Ukraynada həlak oldu

Ölkə.az oxu.az-a istinada xəbər verir ki, uzun müddətdir Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov döyüşlər zamanı həlak olub.

Məlumata görə, Zaur Həbibov 2014-cü ildən etibarən Ukraynanın müdafiəsində iştirak edib. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra isə həmin ilin iyununda yenidən hərbi xidmətə qayıdaraq döyüş tapşırıqlarını yerinə yetirib.

Z.Həbibov sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığı zamanı itkin düşüb.

Bir neçə gün əvvəl onun döyüşlərdə həlak olması rəsmi şəkildə təsdiqlənib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑