Dünya · Ölkə.az

Ukrayna Rusiyaya zərbələrin sayını iki dəfə artıracaq - Zelenski

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna Rusiyaya zərbələrin sayını iki dəfə artıracaq - Zelenski xəbəri üçün şəkil

Ukrayna Rusiyaya zərbələrin sayını iki dəfə artıracaq - Zelenski

Ölkə.az "Report"a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya hakimiyyət orqanlarının qış mövsümündən əvvəl "yeni doktrina" hazırladığını və insanların Ukrayna paytaxtından və digər şəhərlərdən köçürülməsi məqsədi ilə mülki şəxslərə hərbi hücumları genişləndirdiyini göstərən sənədlər əldə edib.

"Sənədləri gördük və bilirik ki, onlar insanları paytaxtdan və digər şəhərlərdən çıxmağa məcbur etmək üçün infrastrukturu, logistikanı, yolları, məktəbləri, xəstəxanaları hədəf almağa imkan verir. Əməliyyatın məqsədi budur", - Zelenski deyib.

Onun sözlərinə görə, kursun dəyişməsinə Rusiya ordusunun əsas cəbhə bölgəsindəki ərazilərini itirməsi və ağır itkilər səbəb olub.

Zelenski bildirib ki, Ukraynanın davam edən "Vivaldi" kod adlı əks-hücumu Rusiyanın istənilən sülh müqaviləsi çərçivəsində nəzarət etməyi planlaşdırdığı şərqi Donbasın təxminən 140 kvadrat kilometrlik ərazisini azad edib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑