Warning: fopen(/var/www/app/storage/cache/locks/749560a4db3e770f8a0d3c812513561293c138967caa994d736677319e77343c.lock): Failed to open stream: Permission denied in /var/www/app/app/Cache/FilesystemCache.php on line 67
HƏMAS-ı maliyyələşdirməkdə ittiham olunurlar · Xəbərlər.de

Dünya · Ölkə.az

HƏMAS-ı maliyyələşdirməkdə ittiham olunurlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
HƏMAS-ı maliyyələşdirməkdə ittiham olunurlar xəbəri üçün şəkil

HƏMAS-ı maliyyələşdirməkdə ittiham olunurlar

Ölkə.az xəbər verir ki, Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) məlumatına görə, onlar vəsaitləri üçüncü tərəfə köçürüblər və guya bu tərəf Fələstin qrupu üçün pul toplayıb.

Şübhəlilər çərşənbə axşamı istintaqa rəhbərlik edən Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) əməkdaşları tərəfindən həbs ediliblər. Cümə günü "terror təşkilatını, bu halda HƏMAS-ı maliyyələşdirmək", eləcə də terrorçu qruplaşma ilə əlaqəli etibardan sui-istifadə və çirkli pulların yuyulması şübhəsi ilə məhkəmə istintaqı başlanıb.

Beş şübhəlidən üçünün məhkəmə nəzarəti altında olması gözlənilir. Prokurorluq iki assosiasiya liderinin həbsini tələb edib. Onlardan biri vəkilinin tələbi ilə təxirə salınmış məhkəmə iclasına qədər saxlanılıb. Müdafiə tərəfi bildirib ki, müvəkkilinin ianə toplama işində yalnız humanitar məqsədlər üçün iştirak edib və onun həbsini "qalmaqallı" adlandırıb. İkinci assosiasiya lideri məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

İki təşkilatın adları və yerləşdiyi yerlər, eləcə də köçürmələrin iddia edilən məbləğləri hələlik Fransa prokurorluğu tərəfindən dərc olunmur.

İstintaq 21 apreldə "terrorizmi maliyyələşdirmək və insanlığa qarşı cinayətlər törətmək üçün terrorçu sui-qəsdində iştirak etmək" şübhəsi ilə başlayıb. İttihamlar hələ də şübhə xarakteri daşıyır və istintaq davam edir.(teleqraf)

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑